Biz zəfər qazandıq! onlayn rəsm müsabiqə-sərgi

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin 17 mart 2021-ci il tarixli F-97 nömrəli əmri ilə "Biz zəfər qazandıq! respublika onlayn rəsm müsabiqə-sərgisi"nin məktəb mərhələsi keçirildi. Rəsm müsabiqə-sərgisi şanlı Azərbaycan ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış qələbəyə həsr olunmuşdu. Müsabiqənin məqsədi böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərinin artırılması, hərbi-vətənpərvərlik ruhunun təbliği, həmçinin ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılması, Azərbaycan Ordusunun Vətən müharibəsində zəfər yürüşü, şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı təhsilalanların maarifləndirilməsi idi.

    Rəsm müsabiqə-sərgi Əsasnaməyə əsasən təsviri incəsənət nominasiyası və 3(üç) yaş qrupu üzrə keçirildi.

I yaş qrupu - 6-9 yaş qrupunun qalibi - Məmmədzadə Yasin Yusup oğlu

II yaş qrupu- 10-13 yaş qrupunun qalibi - Cəbrayılzadə Nailə Fail qızı

III yaş qrupu-14-17 yaş qrupunun qalibi - Ağayeva Gülbərxanım Əhməd qızı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi