Heydər Əliyev irsi milli sərvətimizdir

    10 may Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Onun xalqımız qarşısında xidmətləri çox böyükdür. O, öz fəaliyyəti ilə adını tarixə qızıl hərflərlə yazdırmış tarixi bir şəxsiyyətdir. Xalqımız onun əziz xatirəsini həmişə əziz tutur və inkişafını onun yolu ilə davam etdirir.

    Bu münasibətlə də 295 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə onlayn tədbir keçirildi. Tədbiri məktəbin direktoru Dilarə xanım Cəbrayılova açaraq Ulu Öndər haqqında, onun keçdiyi şərəfli həyat yolu barədə geniş məlumat verdi.    

    Tədbirdə məktəbin gənc müəllimləri də çıxış edərək öz fikirlərini bildirdilər. Tarix müəllimi Abbasov Sahil Heydər Əliyevin dövlət quruculuğundan,əsrin müqaviləsinin Azərbaycan iqtisadiyyatının inkişafındakı rolundan,  xarici dil müəllimi Fidan Qasımova isə Heydər Əliyev irsinin Azərbaycan xalqının milli sərvəti olduğundan və 44 günlük tarixi qələbəmizdən danışdı. 

    Tədbirdə şagirdlərin ifasında Heydər Əliyevə həsr olunmuş müxtəlif şeirlər səsləndirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi