Xocalı faciəsindən iyirmi doqquz il ötür...
Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümü ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil idarəsinin "Tədbirlər planı"nın icrasını təmin etmək məqsədilə 295 nömrəli tam orta məktəbdə silsilə tədbirlər keçirildi.
İlk dərslər Xocalı soyqırımına həsr edilib, Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim edilib.
Xocalı faciəsinin dəhşətlərini özündə əks etdirən onlayn rəsm sərgisi və videoçarxlar nümayiş etdirilmiş, " Bəşəriyyətin ən böyük faciəsi " adlı təşkilat saatları keçirilmişdir.
Məktəbin təsviri incəsənət müəllimi, istedadlı rəssam Gündüz Hunların " Xocalı faciəsi" ni əks etdirən rəsm əsərini məktəbə hədiyyə etməsi isə kollektiv tərəfindən böyük minnətdarlıqla qarşılandı.