Şagirdlərimiz "ORIQAMI" Reabilitasiya Mərkəzində olublar.
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyilə Sabunçu rayonu Maştağa qəsəbəsində «Oriqami» uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən icra olunan «Fərqli fərdlərin sosial adaptasiyası » layihəsi çərçivəsində bir qrup ( 9 nəfər ) yeniyetmə və gənclərlə sosial adaptasiya - real həyata uzlaşma,həyatda mövqe tutma və ixtisas qazanma istiqamətində müzakirələr keçirilmişdir.Gənclərin cəmiyyətə sosial adaptasiya olunması sahəsində qarşılıqlı fikir mübadiləsi aparılmış,onları narahat edən sosial məsələlərin həlli yollarına dair birgə təkliflər edilmişdir.Gənclərin qeydləri və rəyləri ətrafında mülahizələr yürüdülmüşdür.Ən maraqlı təkliflərin layihə çərçivəsində kitabça şəklində çap olunacağı bildirilmişdir.