Yol hərəkəti qaydalarının təbliği

    Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici tədbirlər keçirilir. Məktəblilər arasında yol hərəkəti qaydalarını təbliğ etmək, onları yol qəzalarından qorumaq məqsədilə məktəbimizdə şagirdlər arasında praktiki məşğələlər keçirilib. Eləcə də məktəbimizdə yol nişanlarına aid əl işləri, fotostendlər hazırlanıb, rəsm müsabiqələri, yarışlar keçirilib. Məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumatlar verilib və yolda daha diqqətli olmaları tövsiyə edilib.

    Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana bilən təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyi qeyd edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi