Yeniyetmə şagirdlərlə psixokonsultativ söhbətlər keçirildi

     Məktəbin psixoloqu Ələkbərova Həmidə yeniyetmə şagirdlərlə "Yeniyetmələrdə özünəinam hissinin formalaşması" mövzusunda onlayn şəkildə konsultativ söhbət apardı.

    O, yeniyetməlik dövrünün keçid dövrü, böhran dövrü adlandırıldığını bildirdi. Bu vaxt istər fiziki, istərsə də psixi inkişafın həm sürətlə, həm də bütün sahələrdə həyata keçməyə başladığını, yeniyetməlik dövründə şəxsiyyətin kollektivdəki mövqeyinin, eyni zamanda ictimai münasibətlər sistemində tutduğu vəziyyətin əsaslı dəyişikliklərə uğradığını bildirdi. Belə ki, bu yaşda onlar kiçik uşaqdan böyük uşağa çevrilirlər.

    Yeniyetmələrin davranış və rəftarında özünə inam hissinin formalaşması mühüm faktorlardan biridir. Yeniyetmə yaşında şəxsiyyətin inkişafında inam hissinin formalaşması uşağın özünü dərk etməsində keyfiyyətli irəliləyişin baş verməsi üçün əsasdır. 

    Kiçik məktəb yaş dövründən fərqli olaraq yeniyetməlik dövründə inam hissinin meydana gəlməsi uşaqların özünü qiymətləndirməsində əsaslı təsir göstərir. Bu dövrdə yeniyetmələrdə inam hissinin formalaşması böyük əhəmiyyət kəsb edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi