Birinci yarımil üzrə summativ qiymətləndirmə keçirildi.
18 yanvar 2021-ci il tarixli KQ-01 nömrəli kollegiyanın qərarına əsasən 22-26 yanvar tarixlərində summativ qiymətləndirmə keçirildi. "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası"na əsasən, II-XI siniflərdə bütün fənlər üzrə summativ qiymətləndirmə distant formada aparıldı. Qiymətləndirmə vasitələrinin hər bir fənn üzrə I yarım il ərzində həyata keçirilən məzmun standartları əsasında tərtib olunmusına, sualların 4 çətinlik səviyyəsində hazırlanmasına və qiymətləndirmə nəticələrinin 100 ballıq şkala ilə ölçülməsinə xüsusi diqqət yetirilmişdi.
"Virtual məktəb" platformasına daxil olan şagirdlərdən qiymətləndirmə üçün təyin olunmuş 45-60 dəqiqə ərzində Formda tərtib edilmiş test tapşırıqlarına cavab vermək tələb olunurdu. Sonda hər bir şagirdə topladığı yekun balı görmək imkanı yaradılmışdı.
İnternetə çıxışı olmayan şagirdlər üçün növbəti ayda əyani formada qiymətləndirmə təşkil olunacaq.