"Evdə qal, dərsdən qalma"
Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı tərəfindən məktəbin ibtidai sinif müəllimləri Rəhimova Rəhilə Bayram qızı və Babaxanova Cəmilə Məmmədəli qızı "Evdə qal, dərsdən qalma" Virtual Məktəb layihəsinin həyata keçirilməsində fəal iştiraklarına görə təşəkkürnamə və hədiyyə ilə təltif olunublar. Xüsusi karantin rejimi dövründə şagirdlərin təhsildən geri qalmamaları üçün əllərindən gələni əsirgəməyən, distant təhsilin mümkün imkanlarından istifadə edən bü müəllimlərimizə təşəkkür edir, uğurlarının davamlı olmasını arzulayırıq.