Fənn olimpiadalarının məktəb turu keçirildi

    16 yanvar 2021-ci il tarixində VIII-XI sinif şagirdləri arasında Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, informatika, tarix, coğrafiya və biologiya fənləri üzrə onlayn formada fənn olimpiadalarının məktəb turu keçirildi. Olimpiada zamanı şagirdlərə cəmi 100 bal olmaqla 25 sual təqdim olundu. Olimpiadada iştirak edən hər bir şagirdə sonda topladığı yekun balı ilə tanış olamaq, öz səhvlərini görə bilmək şansı yaradılmışdı. 

    Olimpiada yekunlaşdıqdan sonra məktəb rəhbərliyi iclas təşkil edərək olimpiadanın nəticələri ilə fənn müəllimlərini və metodbirləşmə rəhbərlərini tanış etdi. O çıxışında bildirdi ki,fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərin təhsilə marağını artırmaq, özlərinə inam hislərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir. Fənn olimpiadalarında şagirdlərin əldə etdiyi nəticələrin müvafiq fənn müəllimlərinin, məktəbin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri kimi nəzərə alındığını bildirdi.

    Növbəti mərhələyə adlayan şagirdlərlə xüsusi məşğələlərin təşkil olunmasını və onların növbəti mərhələyə xüsusi hazırlaşdırılması tapşırığını verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi