"Qələbə dərsləri"
Şagirdlərin milli ideologiyamız olan azərbaycançılıq məfkurəsi əsasında tərbiyə olunması, milli-mənəvi dəyərlərə sadiq ruhda, yerli və qlobal vətəndaşlıq mövqeyini dərk edərək hərtərəfli şəxsiyyət kimi böyüməsini təmin etmək məqsədilə Məktəbin İllik Fəaliyyət Planına əsasən məktəbin müxtəlif fənn müəllimləri tərəfindən "Qalib dərslər" silsiləsindən müxtəlif materiallar hazırlanmışdır. Bu materiallardan müxtəlif fənlər və siniflər üzrə virtual dərslərdə istifadəsi şagirdlər tərəfindən maraqla qarşılanmışdır. Hazırlanan videoların mövzularının müxtəlif olması, rəngarəngliyi, kadrlarla zənginliyi müxtəlif yaş qruplarından olan şagirdlər tərəfindən asanlıqla qavranılmasına zəmin yaradır.
"Qələbə dərsləri" silsiləsindən hazırlanan dərslər aşağıda adları çəkilən müəllimlər tərəfindən hazırlanıb:
1. Rəşidova Zülfiyyə - "Qarabağın flora və faunası"
2. Abbasov Sahil - "Qarabağın mədəni və tarixi abidələri, dini ibadətgahları"
3. Əhmədova Lətafət- "Qarabağın dahi şəxsiyyətləri"
4. Təhməzov Zamin- " Vətən həsrəti- Laçın"
5. Həbibov Gündüz- " Qələbə şagirdlərimizin gözü ilə"
6. Paşayeva Ofeliya- "Dastana döndün... "