Ali Baş Komandanın Vətən müharibəsində və dünya hərb tarixində açdığı yeni səhifələr və zəfər yürüşü

    Vətən uğrunda mübarizədə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar olaraq maarifləndirici tədbirlərin görülməsi istiqamətində silsilə tədbirlərə start verilib. Bu dəfə keçirilən onlayn konfrans  "Ali Baş Komandanın Vətən müharibəsində və dünya hərb tarixində açdığı yeni səhifələr və zəfər yürüşü" mövzusuna həsr olunmuşdu.

    Tədbirdə məktəbin direktoru Dilarə Cəbrayılova, dil-ədəbiyyat müəllimi Zamin Təhməzov və tarix müəllimi Esmira Sadıqova çıxış edərək ölkə başçısının yürütdüyü uğurlu daxili və xarici siyasətdən danışdılar. Azərbaycan Ordusunun 44 gün sürən Vətən müharibəsindəki igidlik səlnaməsi baradə geniş məlumat verildi, mövzunu özündə əks etdirən vidoçarxlar nümayiş etdirildi.

    Bu döyüşlərdə qəhrəmancasına iştirak edən məzunlarımız haqqında məlumat verildi. Şəhidlər bir dəqiqəlik sükutla yad edildilər.

    Sonda şagirdlər Ali Baş Komandana həsr etdikləri şeirləri səsləndirdilər və ölkə başçısına bu qələbə sevincini Azərbaycan xalqına yaşatdığına görə öz təşəkkürlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi