Əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi

    Bu il Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur. Bu məqsədlə Azərbaycan Respublikası Prezidentinin müvafiq əmrinə əsasən məktəbin şagirdləri ilə onlayn konfrans keçirildi. Məktəbin direktoru Dilarə Cəbrayılova və tarix müəllimi Abbasov Sahil çıxış edərək tədbir iştirakçılarına əfsanəvi partizanın keçdiyi şərəfli ömür yolundan danışdılar, bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında göstərdiyi böyük xidmətlərdən məlumat verdilər.

    Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir. Əhmədiyyə Cəbrayılovun Vətənimizin suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə canını fəda edərək uca şəhidlik mərtəbəsinə yüksəlmiş oğlu Mikayıl Cəbrayılov Azərbaycanın ilk Milli Qəhrəmanlarındandır.

 

https://www.youtube.com/watch?v=xVEro_k06WU

https://fb.watch/2xLLI1QbHe/

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi