Məktəbimizin şagirdləri Heydər Əliyev Mərkəzində ekskursiyada oldular

Müasir Azərbaycan dünyaya ümummilli lider Heydər Əliyevin adı ilə tanınır. Və bu gün Heydər Əliyevin adını daşıyan Heydər Əliyev Mərkəzi müasir Azərbaycanın, müasir Bakının rəmzinə çevrilib. Heydər Əliyev Mərkəzinin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirir.Heydər Əliyev Mərkəzinin loqosu da məhz bu ideyadan yaranıb. Mərkəzin loqosu Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini, ölkənin sabahını simvolizə edir. Mərkəzin loqosunun rəngi - gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımlamağı ehtiva edir. Gümüşü rəng liderlik, mübarizlik, dinamiklik, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir.Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın dinamik inkişafını, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, Vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərlərlə gələcəyə irəliləyişi təcəssüm etdirir.Heydər Əliyev Mərkəzinin loqosu qurumun üzərinə düşən vəzifələri rəmzi olaraq təsvir etməklə yanaşı, milli və bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını tərənnüm edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi