Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi ehtiramla anılıb

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

    Sükuta məktəbimizin müəllim və şagirdləri də qoşulub, Şəhidlərimizn uca ruhları qarşısında ehtiramla baş əyiblər.

    Vətən müharibəsində Silahlı qüvvələrimizin 2783 hərbi qulluqçusu qəhrəmancasına canlarından keçib, 1245 əsgər və zabit isə hal-hazırda tibb müəssisələrində müalicəsini davam etdirir.

    Onlar qanları və canları bahasına Azərbaycan xalqına şərəf, ucalıq gətirdi... Şükür ki, qanları yerdə qalmadı! Ruhları şad olsun!

    Allah şəhidlərimizə rəhmət eləsin, bütün yaralılara şəfa versin!

    Anım gününün ikonası Şuşanın rəmzi sayılan "Xarı Bülbül"dür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi