ŞƏHİDLİK UCA BİR ZİRVƏDİR!
Məktəbimizin məzunu Rəhimov Yalçın Elçin oğlu Şuşa uğrunda gedən döyüşlərdə Şəhidlik məqamına yüksəlib!
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan və qərargahın nəzdində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək üçün 6 ay ərzində təşkil olunmuş kurslarda dözümlülük və cəsarət tələb edir. Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olumaq elə də asan başa gəlmir. Bəzi məlumatlara görə bura gələn 500 nəfərdən kurs sonrası yalnız 30 nəfəri "Qırmızı beret"in sertifikatın ala bilir. Bu kurslarda kursantlar xüsusi əməliyyat keçirmək üçün ekstrimal şəraitlərə öyrədilir, hətta onlar günlərlə ac və susuz qalırlar. Onlara müxtəlif heyvanların ətini (qurbağa, ilan) yeməyi öyrədirlər. Müxtəlif silahların istifadə qaydasını, bombaların hazırlanmasını, hər hansı ağrıya dözməyi və s. öyrədirlər.
"Qızmızi beret"ə sahib olmaq hər oğulun işi deyil. Bizim mərd Yalçınımız, Allah sənə rəhmət eləsin!
Şəhidlər milli qürür mənbəyi, milli iftixar hissi, and, namus yeri, baş taçıdır. O xalqlar, o dövlətlər xoşbəxtdir və öz ayaqları üzərində ona görə duruş gətirə, dayana bilirlər ki, onların uğrunda canından keçən, canını fəda edən vətən övladları, şəhidləri var. Şəhidlik elə bir zirvədir ki, heç də hamı bu zirvəyə ucala, yüksələ bilmir. Bu zirvəyə o insanlar yüksəlir, ucalırlar ki, onlar vətən, millət, dövlət yolunda ölümün üzərinə yürüyə, ölümün gözlərinin içinə dik baxa bilirlər. Şəhidlər ölmürlər! Onlar əbədi qəlblərdə yaşayırlar!