Qəbul imtahanlarında yüksək bal toplayan məzunlarımız mükafatlandırıldılar

        Dövlətin təhsil sahəsində apardığı ciddi islahatlar nəticəsində təhsilimiz sürətlə inkişaf edir. Məhz bunun nəticəsidir ki, Nardaran qəsəbəsində də son illər ali məktəblərə qəbul faizlərində ciddi artımlar müşahidə olunur. Artıq hədəfimiz ali məktəblərə məhz yüksək ballarla qəbul faizini artırmaqdır. Bu istiqamətdə məktəbin direktoru Dilarə xanım Cəbrayılova müxtəlif layihələr hazırlayır və onların həyata keçməsi üçün əzmlə çalışır.

        Bu dəfə isə o, qəbul imtahanlarında yüksək bal toplayan məzunların qiymətli hədiyyələrlə mükafatlandırılması təşəbbüsü ilə çıxış etmiş, bu xeyirxah təşəbbüsə millət vəkili Eldar Quliyev, Sabunçu rayonu 42-ci polis bölməsinin rəisi polkovnik leytenant Azər Məmmədov, Nardaran bələdiyyə sədri Əlihüseyn Ağayev qoşularaq qəbul imtahanlarında 638 bal toplayan Məlikov Nurlan Şirinbala oğlunu kompyuter və mobil telefonla, digər yüksək bal toplayan məzunları isə müxtəlif qiymətli hədiyyələrlə sevindirmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi