Pandemiya dövrünün "Bilik Günü" öz sadəliyi ilə yaddaşlara həkk olundu.

    Qlobal pandemiya səbəbindən ölkəmizdə yeni tədris ilinə fərqli formada start verildi.Pandemiyanın yayılmasının qarşısının alınması və təsirinin məhdudlaşdırılması istiqamətində verilmiş mühüm qərarlar nəticəsində  bu il ilk dəfə olaraq 15 sentyabr- "Bilik Günü"ndə məktəblər ancaq ibtidai sinif şagirdlərinin üzünə açıldı. Yuxarı sinif şagirdləri isə onlayn formada virtual məktəb platformasından tədris ilinə start verdilər.

    Məktəbin direktoru Dilarə xanım Cəbrayılova onlayn şəkildə məktəbin bütün müəllim və şagird kollektivini "Bilik Günü" münasibətilə təbrik etdi, keyfiyyətli tədrisin təşkili istiqamətində görülmüş işlərdən danışdı. Karantin rejimində təhsil müəssisələrində tədrisin və təlim-tərbiyə prosesinin təşkili üzrə hazırlanmış müvafiq qaydalar və təlimatlar haqqında məlumatlar verdi. Vətəndaş olaraq üzərimizə düşən öhdəliklərdən danışdı. Vətənə, cəmiyyətə layiqli övladlar, savadlı şəxsiyyətlər yetişdirmək kimi çətin və məsuliyyətli işdə müəllimlərə uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi