Şuşa həsrəti
1992-ci il 8 may tarixində Şuşa şəhəri ermənilər tərəfindən işğal edildi. Həmin tarixdən 28 il ötür. Hər il bu tarix məktəbimiz tərəfindən anılır və gələcək nəsillərə olduğu kimi ötürülür. Bu il karantin vəziyyətlə əlaqədar olaraq tariximiz online şəkildə müəllim və şagirdlər tərəfindən yad edildi. Nümunə olaraq səhifəmizə ibtidai sinif müəllimi Cəmilə Babaxanova və 4B sinif şagirdlərinin virtual olaraq keçirtdikləri “Şuşa həsrəti ” adlı dərsindən olan görüntüləri yerləşdiririk. Xatırladaq ki, Şuşanın işğalına həsr edilmiş dərsləri məktəbimizin digər sinifləri ilə də eyni formada keçirilmiş, tarixi məlumatlandırma təşkil edilmişdir. Məqsədimiz hansı vəziyyətdə olmağımıza baxmayaraq tariximizi unutmamaq və gələcək nəsillərə olduğu kimi ötürməkdi. Tarixini unutma!