Məktəb kollektivi ilə iclas
2020-ci ilin 24 aprel tarixində 295 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Zülfiyyə Rəşidova karantin vəziyyətlə əlaqədar məktəbin müəllim kollektivi ilə online iclas təşkil etmişdir. İclas zoom proqramla təşkil edildi. İclasda həm ibtidai həm də yuxarı siniflərin sinif rəhbərləri iştirak etmişdir. Karantin dövründə məktəblilərimizin təhsilini necə davam etdirməsi, təlimdən geri qalmamaları üçün müəllim valideyn əməkdaşlığının hansı səviyyədə olması ilə bağlı söhbətlər aparıldı. Bəlli oldu ki, məlum vəziyyətlə əlaqəli olaraq şagirdlərimiz məktəbə gedə bilməsələr də, müəllimlərimiz tərəfindən onlara online dərslər keçirilir. Hətta zoom proqramı vasitəsi ilə valideyn iclasları da təşkil edilir. Məqsəd məktəblilərimizin il ərzində əldə etdikləri bilikləri unutmadan daha da inkişaf etdirmək, təhsildən geri qalmamaqdır.