Nəriman Nərimanovun ev muzeyinə ekskursiya

22 yanvar tarixində məktəbimizin yuxarı sinif şagirdlərinin N.Nərimanovun ev muzeyinə ekskursiyası təşkil edildi. Məktəbin tarix müəllimi Sahil Abbasov, kitabxana müdiri Kəmalə Cəfərova, uşaq birliyi təşkilat rəhbəri Dürdanə Novruzova və 8c, 8a, 9a, 9b sinif şagirdləri muzeyədə iştirak edərək, N.Nərimanovun həyat və yaradıcılığı ilə yaxından tanış oldular. Muzeyin böyük elmi işçisi Rəna Qəhrəmanova muzey haqqında ətraflı məlumat verdi. Bundan başqa muzeydə “Müstəqilliyə gedən yolun “20 Yanvar” gecəsi ” adlı tədbir təşkil edilərək, milli müstəqilliyimiz naminə 1990-cı ilin 20 yanvar gecəsində şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbimizin tarix müəllimi Sahil Abbasov çıxış edərək şagirdlərə bildirdi ki, tariximizdəki önəmli hadisələr yalnız müəyyənləşmiş günlərdə deyil, hər zaman xatırlanmalıdır. Təşkil edilmiş ekskursiya maarifləndirmə xarakteri daşıyır.