Şəhidlər ölməz, Vətən bölünməz!

            17 yanvar tarixində məktəbimizdə 20 Yanvar hadisəsinin 30 illiyinə həsr olunmuş Şəhidlər ölməz, Vətən bölünməz!”  adlı tədbir keçirildi. Tədbir himnin səsləndirilməsi ilə başlandı. Sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. 4B sinif rəhbəri Babaxanova Cəmilə müəllimə, sinif şagirdləri ilə birlikdə hazırladıqları 20 Yanvar hadisələrinə həsr olunmuş  şeir və kompazisiyaları təqdim etdilər.  Tədbirdə məktəbin direktoru  D.M.Cəbrayılova və Tərbiyyə işləri üzrə direktor müavini Rəşidova Zülfiyyə çıxış edərək  1990-cı il 20 Yanvar tarixində törədilən qanlı cinayətin  xalqımızın azadlıq eşqini söndürə bilməməsi, xalqımızın qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşmasından danışdılar. Vətən uğrunda şəhidlik əsl qeyrət, şərəf və ləyaqət zirvəsidir. Allah şəhidlərimizə rəhmət etsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi