Valideynin məktəbdə bir günü
18 dekabr 295 nömrəli tam orta məktəbdə “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirilmişdir. Saat 10:00-dan 13:00-a qədər valideynlər məktəbdə olmuş, müxtəlif siniflərdə dərsləri müşahidə etmiş, akt zalı, idman zalı və kitabxana ilə yaxından tanış olmuşlar. Görüş zamanı məktəbin direktoru D.M.Cəbrayılova çıxış edərək, valideynlərə təşəbbüskar və daha fəal olmaq eləcə də müəllim-şagird-valideyn birliyinin əhəmiyyəti haqqında tövsiyyələr verdi. Layihənin reallaşdırılmasında əsas məqsəd valideynləri övladlarının təhsil aldıqları tədris ocağı ilə yaxından tanış etmək, istər infrastruktur, istərsə də tədris prosesinin təşkili istiqamətində onları məlumatlandırmaq və valideynlərlə məktəb arasında ünsiyyət platformasını daha da genişləndirməkdən ibarətdir.