Məmməd Cəfər Cəfərovun 110 illiyi

Dekabrın 9-da 295 nömrəli tam orta məktəbdə görkəmli ədəbiyyatşünas və tənqidçi, Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunan “Müdriklik zirvəsində” adlı tədbir təşkil olundu. Tədbirdə məktəbimizin ədəbiyyat müəllimi Təhməzov Zamin çıxış edərək bildirib ki, alim ömrünün 60 ilə yaxın bir dövrünü ölkədə ədəbi – nəzəri fikrin inkişafına həsr edib. Həmçinin ədəbiyyatın tarixi və nəzəriyyəsi , ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair sanballı və fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbir maarifləndirmə xarakteri daşıyır.