Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi

       2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi tamam olur. Bu münasibətlə məktəbimizdə tədbir təşkil edildi. Məktəbin tarix müəllimi Abbasov Sahil  çıxış edərək ,Əhməd bəy Ağaoğlunun ötən əsrin əvvəllərindən etibarən Azərbaycanın və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarda dayanan vətənpərvər şəxsiyyət  olduğundan danışdı. Sonda Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığından şagirdləri maraqlandıran suallar cavablandırıldı. Tədbit maarifləndirici xarakter daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi