"Narkomaniyaya YOX deyək!"

Sabunçu rayonu 295 nömrəli tam orta məktəbdə 12 aprel 2016-cı il tarixində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə məktəbin yuxarı sinif şagirdləri arasında antinarkotik təbliğatının gücləndirilməsi və maarifləndirilməsi məqsəd ilə tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,Sabunçu RPİ-nin rəisi polis-polkovniki Eldar İlyasov, Sabunçu rayon prokuroru müavini Nazim Xudiyev, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu Asif Kəngərli, Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı şəhəri BPİ-nin yetkinlik yaşına çatmayanlarla proflaktiki işin təşkili bölməsinin inspektoru, polis-mayoru Məryəm Ömərova iştirak edirdilər. İlk öncə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanını izah edən qısametrajlı sosial video çarx nümayiş olundu.Şagirdlərin ifasında narkotiklərin insan talehlərinə vurduğu mənfi təsirlər haqqında səhnəciklər nümayiş etdirildi.Məruzəçilər yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışdılar və müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirlməsinin vacibliyini vurğuladılar.Tədbirin sonununda məruzəçilər tərəfindən antinarkomaniya ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi