Aşıq Ələsgər irsinin təbliği

             Tədbirlər Planına uyğun olaraq  məktəb kitabxanasında “ Aşıq Ələsgər irsinin təbliği“ mövzusunda tədbir keçirildi. Tədbirdə Azərbaycan dili və ədəbiyyatı müəllimi S.Cəfərova və VIII sinif şagirdləri iştirak edirdilər. Müəllim şagirdlərə Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən olan ustad sənətkarın yaradıcılığı haqqında məlumat verdi. Kitabxanaçı Y.Baxşəliyeva Aşıq poeziyasını bol həyati müşahidələrlə zənginləşdirmiş, həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgərin  Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərməsini  tədbir iştirakçılarının  diqqətinə çatdırdı.Tədbirdə şagirdlərin ifasında ustad aşığın təcnis, qoşma və gəraylılarından seçmələr dinlənildi. Sonda aşıq sənətinin inkişafına mühüm töhfələr vermiş Aşıq Ələsgərin yaradıcılığı ilə dərindən  taniş olmaq şagirdlərə tövsiyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi