Gənc heydərçilər

           Martın 2–də  Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev irsi ilə  şagirdlərin yaxından tanış edilməsi məqsədilə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində məktəblilərin ekskursiyası təşkil olunmuşdu. Məktəbin 4 “A” sinfinin şagirdləri sinif müəllimi Tahirə Məmmədovanın rəhbərliyi altında  həmin ekskursiyada iştirak etdilər.

            Uşaqlar əvvəlcə Suraxanı Rayonu Heydər Əliyev Mərkəzi ilə tanış oldular. Sonra şagirdlərə Heydər Əliyevin keçdiyi ömür yolu və siyasi fəaliyyəti , Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı yolunda əvəzsiz tarixi xidmətləri, milli dövlətçilik ideyalarının bərqərar olması və ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması naminə gördüyü işlər barədə məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi