Uşaq ixtiraları haqqında dəyirmi masa

           Dünya Uşaq İxtirası Günü hər il yanvar ayında qeyd edilir.Bu münasibətlə məktəb kitabxanasında  fevralın 28-də Yeganə Muradovanın rəhbərliyi ilə 4”C”  sinif şagirdlərinin əl işlərinə həsr olunmuş tədbir keçirildi. Əvvəlcə kitabxana müdiri Ümumdünya Uşaq İxtirası Gününün necə yaranması haqqında məlumat verdi .Sinif müəllimi Yeganə  xanım “İixtira nədir?” mövzusu ilə bağlı maraqlı çıxış etdi.

           “Necə olur ki ixtiralar yaranır? İnsan həyatında böyük rol oynayan ixtiralar hansılardır?Uşaqlar tərəfindən ixtira olunan və hələ də dünyada istifadə olunan ixtraları hansılardı?”  və s.bu kimi suallarla direktor müavini Gülər Hacıyeva şagirdlərə müraciət etdi və onlar da bu suallara  həvəslə cavab verdilər.

           Sonra şagirdlər özlərinin hazırladıqları kiçik əl işlərini nümayiş etdirdilər.Gələcəkdə insan həyatını daha asan və maraqlı edən fikirlər irəli sürdülər.

           Tədbirin sonunda Gülər Hacıyevanın  irəli sürdüyü maraqlı təkliflə razılaşaraq özlərinin hazırladıqları əl işlərindən ibarət sərgi təşkil etməyi qərara aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi