"Mənim valideynim mənim müəllimimdir"

           Fevralın 28-də VI “A” sinfində “Mənin valideynim mənim müəllimimdir “ layihəsinin davamı olaraq şagirdlərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin  texniki batareya komandiri Ramil Bağırzadənin görüşü keçirildi. Şagird Əliəkbərin valideyni olan komandir kursantların gündəlik rejimi, qidalanması, keçdiyi dərslər barədə ətraflı məlumat verdi. Azərbaycan Ordusunun şücaəti, əsgərlərin döyüş hazırlığı, hərbi texnikası barədə qürurla danışdı.

           Şagirdləri maraqlandıran sualları cavablandırdı. Onların da gələcəkdə seçəcəkləri peşədən asılı olmayaraq hər bir işə məsuliyyətlə yanaşmalarını tövsiyə etdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi