“Milli qəhrəmanlarımızı tanıyaq”

            Fevralın 27-də  məktəb kitabxanasında “Milli qəhrəmanlarımızı tanıyaq” mövzusunda tədbir keçirildi. Milli qəhrəmanlarımızın tanıdılmasına məktəbimizin foyesində yaradılmış, məktəbimizə adı verilmiş milli qəhrəmanımızın Səməd Abdullayevin guşəsindən başladıq. Şagirdlərə bir daha qəhrəman şəhidimiz haqqında geniş məlumat verildi. Sonra tədbir dəyirmi masa arxasında davam etdi. Dəyirmi masada 5”Ç” sinfi və müəllimlər iştirak edirdilər.

            Kitabxana müdiri Baxşəliyeva Yaqut tədbirin keçirilməsi məqsədindən danışdı. Hər parçasında minlərlə şəhid uyuyan bu torpağın bizə igid babalardan yadigar olduğunu xatırlatdı. Ermənistanın  Azərbaycana təcavüzü zamanı da sözün əsl mənasında Milli qəhrəmanların üzə çıxacağı heç kimdə şübhə doğurmurdu. Ancaq unutmaq olmaz ki, ürəyində Vətən, dövlət, millət sevgisi olmayan insan da qəhrəman ola bilməz. Şagirdlərin özlərinin araşdırma apararaq Milli qəhrəmanlarımız Mübariz İbrahimov, Əlif Hacıyev, Salatın Əsgərova, Gültəkin Əsgərova, Çingiz Mustafayev, Yusif Mirzəyev haqqında əldə etdikləri məlumatlar digər iştirakçıların marağına səbəb oldu.

           “Onların çoxu namərd düşmənin gülləsinə tuş gəlmiş, şəhidlik zirvəsinə ucalmışlar. Ancaq xatirələri Azərbaycan xalqının ürəyində həmişə yaşayacaq. Onların qəhrəmanlığı Azərbaycan gənclərinə örnək olmaqla yanaşı, gələcək nəslin formalaşmasında böyük rol oynayacaq.Bu insanlar ölümləri ilə xalqa xidmət göstərənlərdir.Hər bir xalq özünün dahi insanları və qəhrəmanları ilə öyünməklə haqlıdır.Bu gün burda bu qəhrəmanların yada salınması məqsədi qəhrəman övladlarımızın gənc nəsil tərəfindən tanınması baxımından gərəklidir.” deyərək tərbiyə işləri üzrə direktor müavini Hacıyeva Gülər tədbir iştirakçılarının diqqətini bu oğullar haqqında çəkilən filmlərə yönəltdi. Bu qəhrəmanlar haqqında filmlər çəkilməlidir ki, gənc nəsil yaşamağı, Vətən sevgisini onlardan öyrənsin. Hər bir Azərbaycan gəncinin qanındakı qəhrəmanlıq və vətənpərvərlik hissləri oyansın.

           Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Dilşad üzünü şagirdlərə tutaraq tövsiyə etdi: ”Kökünüzə bağlı olun. Vətəni sevin, Vətən uğrunda şücaətlər göstərən qəhrəmanlarımızı unutmayın.

           Tədbirin sonunda Azərbaycan milli qəhrəmanları guşəsində şagirdlər xatirə şəkilləri şəkdirdilər.

           Qəhrəmanlar əbədi var olsun! Bu elə sənin əbədi varlığın deməkdir, Azərbaycan!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi