Cəfər Cabbarlının "Dilarə" hekayəsi

 

           Fevralın 20-də “21 fevral -Ana dili günü”  ilə bağlı  məktəb kitabxanasında tədbir keçirildi.

           Tədbir Azərbaycan ədəbiyyatının, inkişafında böyük xidmətləri olan dahi dramaturq Cəfər Cabbarlının həyat və yaradıcılığında müstəsna rol oynayan  hekayələrindən biri olan  ”Dilarə” hekayəsinə  hərs olunmuşdu.

           Tədbir  4 ”C” sinif  şagirdlərinin iştirakı ilə hazırlanmışdı.Tədbirdə məktəb kitabxana müdiri Baxşəliyeva Yaqut və  kitabxanaçı Mönsümova Tahirə çıxış edərək Cəfər Cabbarlının  Azərbaycan milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirdiyini, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyət olduğunu qeyd etdilər.

           Şagirdlər  “Dilarə” hekayəsini müzakirə edərkən  balaca qızını oxutmaq istəyən atanın faciəsini  ürək ağrısı ilə dilə gətirdilər.

           Sinif müəllimi Muradova Yeganə Dilarənin yaşadığı dövrü bu günkü  dövrlə müqayisə edərək şagirdləri təhsil almaq şansları olduğu  üçün    gələcəkdə dövlətimizin ətrafında sıx birləşməyə, vətənin inkişafına yeni töhfələr verməyə səslədi. 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi