"Gənc fiziklər"in məktəb mərhələsi

           Fevralın 14-də məktəblilərin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə "Gənc fiziklərin yaradıcılıq müsabiqəsi"nin məktəbdaxili seçim mərhələsi keçirildi.

           Məktəb mərhələsində IX, X və XI sinif şagirdlərindən ibarət 3 komanda iştirak etdi. Onlar müsabiqənin şərtinə uyğun olaraq  2 akademik saat ərzində 30 sualdan ibarət test tapşırığını,2 məsələni cavablandırdılar.Testlər yoxlanıldı və nəticələrə əsasən yüksək bal toplamış I komandanın üzvlərindən ibarət 3 nəfər- XI sinif şagirdi Vahabov Akşın, X sinif şagirdi İsrafilzadə Aynurə və IX sinif şagirdi Tağıyev Fərid müsabiqənin növbəti mərhələsində iştirak etmək üçün vəsiqə qazandılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi