Nizami Gəncəvinin "Sirlər xəzinəsi" poeması

           Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Bakı şəhəri S.Abdullayev adına 290 nömrəli tam orta məktəbin Tədbirlər Planına müvafiq olaraq fevralın 3-də "Mütaliəni vərdişə çevirək" başlığı altında  məktəb kitabxanasında keçirilən silsilə tədbirlərin davamı olaraq  yeni tədbir keçirildi.

           Tədbir   Nizami Gəncəvi yaradıcılığına həsr olunmuşdu. 5 “B” sinif şagirdlərinin iştirakı ilə hazırlanan tədbiri giriş sözü ilə kitabxanaçı Mönsümova Tahirə açdı. O, böyük mütəfəkkirin həyat və yaradıcılığı haqqında məlumat verdi. Azərbaycan dili və ədəbiyyat müəllimi Cəfərova Samirə əsərdə əməyə sevgi, qocaya ,zəhmətkeş insanlara hörmət hisslərinin  aşılandığını vurğuladı.

           Şagirdlər şairin ilk poeması “Sirlər xəzinəsi ” haqqında topladıqları maraqlı   məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırdılar . “ Kərpickəsən kişinin hekayəti” ndən  parçalar ifa etdilər. Qocanın cavanla qarşılaşması səhnəsi xüsusi maraqla qarşılandı.

           Sonda Tahirə xanım  şagirdlərə  kitabxana ilə sıx əlaqə saxlamağı, böyük mütəfəkkirlərin əsərlərindən yararlanmağı, obrazların müsbət xüsusiyyətlərini özlərində formalaşdırmağı tövsiyə etdi. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi