"Hüquqlarımızı bilək və qoruyaq" mövzusunda tədbir.

Bakı şəhəri, Xətai rayonu, General M.Əsədov adına 29№-li tam orta məktəbdə 15.11.2017-ci il tarixində, "Uşaq Hüquqları" aylığı çərçivəsində, məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə "Hüquqlarımızı bilək və qoruyaq" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə mövzunun aktuallığı qeyd edilmiş, uşaq hüquqlarının müdafiəsi istiqamətində ölkəmizdə səmərəli mühitin formalaşdığı diqqətə çatdırılmışdır.

Çıxışlarda BMT-nin Uşaq Hüquqları Konvensiyasında və "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit edilən uşaq hüquqları, həmin hüquqların ölkədaxilində həyata keçirilməsi və müdafiəsi üçün mövcud olan mexanizmlər və qurumlar, onların fəaliyyəti barədə məlumatlar verilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi