3-CÜ SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN MONİTORİNQ KEÇİRİLDİ

Mayın 17-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq tapşırığına əsasən məktəbdə III sinif şagirdlərinin Azərbaycan dili,riyaziyyat və ingilis dili fənnləri üzrə monitorinqi keçirildi. Monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.