9-CU SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN MONİTORİNQ KEÇİRİLDİ

Martın 6-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq tapşırığına əsasən, məktəbdə 9-cu sinif şagirdlərinin Ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinqi keçirildi. Monitorinqin keçirilməsində məqsəd 9-cu siniflərin buraxılış imtahanlarına yekun hazırlığını müəyyənləşdirməkdən ibarət olmuşdur. İmtahan vaxtında yekunlaşdı və nəzarətçi müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olunmuşdur.