7 VƏ 9-CU SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN MONİTORİNQ KEÇİRİLDİ

Dekabrın 27-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq tapşırığına əsasən, məktəbdə 7 və 9-cu sinif şagirdlərinin Ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinqi keçirildi. Monitorinqin keçirilməsində məqsəd 7-ci siniflərin mövcud vəziyyətini, 9-cu siniflərin isə 6-7-ci sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdən ibarət olub. İmtahan vaxtında yekunlaşdı və nəzarətçi müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olunmuşdur.