Şagirdlərlə maarifləndirici görüş keçirildi

Dekabrın 23-də 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən şagirdlərlə maarifləndirici görüş keçirildi. Şagirdlərə “Yaşıllıqların qorunması və artırılması sağlam həyat tərzinin təməlidir”, “Plastik və polietilen qablaşdırma tullantılarının ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri, bu təsirlərin azaldılması və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti” mövzuları barədə ətraflı məlumatlar verildi. Şagirdləri maraqlandıran suallar cavablandırıldı.