ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR "DƏYİRMİ MASA" KEÇİRİLDİ

Dekabrın 12-də məktəbdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar “Dəyirmi masa” keçirildi. Şagirdlərə müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan dahi şəxsiyyət haqqında ətraflı məlumat verildi. “Heydər Əliyev dühası”, "Şərəfli ömür yolu", "Mən fəxr edirəm ki, azərbaycanlıyam!" bu kimi digər mövzularda şagirdlər ulu öndərə həsr olunan təqdimatlar hazırlamışlar.Təqdimatlarda şeirlər söyləyib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndirdilər.