“Fövqəladə hallarda davranış qaydaları”mövzusunda tədbir keçirildi

Noyabrın 30-da Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi Aida Səfərəliyeva, Qaradağ rayonu Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Musa Məhərrəmovun iştirakı ilə məktəbimizdə şagird və müəllim heyətinə “Fövqəladə hallarda davranış qaydaları” mövzusunda tədbir keçirildi. Tədbirdə şagirdlərə zəlzələ zamanı təhlükələrdən qorunma, dəniz mövsümü zamanı çimərliklərdə davranış qaydaları, yanğınsöndürən balonlardan istifadə qaydaları və digər fövqəladə hallar zamanı baş verəcək hadisələrdən qorunma istiqamətində maarifləndirici söhbətlər aparıldı.