6 VƏ 9-CU SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN MONİTORİNQ KEÇİRİLDİ

Noyabrın 24-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq tapşırığına əsasən, məktəbdə 6 və 9-cu sinif şagirdlərinin Ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə monitorinqi keçirildi. Monitorinqin keçirilməsində məqsəd 6-cı siniflərin mövcud vəziyyətini, 9-cu siniflərin isə 5-6-cı sinif səviyyəsində olan problemlərini müəyyənləşdirməkdən ibarət olub. İmtahan vaxtında yekunlaşdı və nəzarətçi müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olunmuşdur.