“Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda "Dəyirmi masa" keçirildi

Noyabrın 22-də məktəbin psixoloqu Sürayə Bayramova və Günel Ağayevanın təşkilatçılığı, şagirdlərin iştirakı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda “Dəyirmi masa” keçirildi. Mövzunun əhəmiyyətinə toxunularaq qeyd edildi ki, gender bərabərliyi özü-özlüyündə təkcə mədəni və mənəvi hadisə deyil, həmçinin yoxsulluğun azaldılması, davamlı inkişafın təmin olunması və səmərəli idarəçiliyin qurulması üçün də zəruri şərtlərdəndir. Gənclər arasında gender əsaslı zorakılıqla mübarizə aparmaq üçün maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyini vurğuladılar və videoçarx nümayiş olundu. Daha sonra qeyd edildi ki, gender əsaslı zorakılıq təkcə qadınlara fiziki güc tətbiq etmək deyil, həmçinin psixoloji, emosional basqı və digər təzyiqləri də əhatə edir.