“Yol hərəkəti qaydalarını necə öyrənirəm” adlı maarifləndirici görüş keçirildi

Noyabrın 21-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Eynur Orucov tərəfindən şagirdlərlə “Yol hərəkəti qaydalarını necə öyrənirəm” adlı maarifləndirici görüş keçirildi. Şagirdlərə yol hərəkəti qaydaları, yolda daha diqqətli olmaları, “İşıqfor nə üçün lazımdı?”, ”Yol nəqliyyat hadisələrini yaradan səbəb nədir?”, “Piyada keçid nişanları nə üçün lazımdı?”, “Niyə yol hərəkatı qaydalarına riayət etməliyik” barədə məlumatlar verildi.