“NARKOMANİYAYA YOX DEYƏK !” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ

Noyabrın 15-də Qaradağ Rayon Gənclər və İdman İdarəsinin və Qaradağ Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə “Narkomaniyaya yox deyək !” mövzusunda tədbir keçirildi. Məktəbin direktoru Taleh Quliyev qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı.Bildirdi ki, gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunmasında məktəbin xüsusi rolu var. Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəhbəri Elçin Abbasov çıxışında narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətdə ağır fəsadlar yaratdığını bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdı.