12 NOYABR - AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜDÜR

Noyabrın 12-də məktəbin tarix müəllimi Zahid İmanovun təşkilatçılığı və şagirdlərin iştirakı ilə 12 noyabr- Konstitusiya Günü ilə əlaqədar “Dəyirmi masa” keçirildi. Şagirdlərə Azərbaycan Respublikası Konstitusiyasının təşəkkül tarixi haqqında ətraflı məlumat verildi. Dahi lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığı, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyi şagirdlərin diqqətinə çatdırıldı. Şagirdlər çıxışlarında Konstitusiyanın cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafa, rifaha nail olunmasında, qarşılıqlı münasibətlərin qurulmasında əsas vasitə olduğunu bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi