ŞAGİRDLƏRİMİZİN ŞEİR MÜSABİQƏSİNDƏ UĞURU

Noyabrın 4-də Qaradağ rayonu Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 8 noyabr-Zəfər Gününə həsr olunmuş “Xarıbülbül” adlı şeir müsabiqəsi keçirilmişdir. Məktəbimizin 3 z sinif şagirdi Hüseynzadə Zəhra Ələkbər qızı I yer, 9 v sinif şagirdi Əhmədli Əsmər Vüqar qızı I yer, 4 ğ sinif şagirdi Bəşirli Gülzar Sahib qızı III yer və 7 c sinif şagirdi Həşimova Rəhimə Anar qızı III yerə layiq görülmüş, diplom və medalla mükafatlandırılmışlar. Şagirdlərimizi təbrik edirik.