MƏZUNUMUZ PREZİDENT TƏQAÜDÜNƏ LAYİQ GÖRÜLDÜ

Oktyabrın 3-də Prezident İlham Əliyev 2022-2023-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 2022-2023-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir. Məktəbimizi 2021-2022-ci tədris ilində ümumi orta və tam orta təhsil haqqında fərqlənmə attestatları ilə bitirmiş Hacılı Rəfiqə Natiq qızı bu taqaüdə layiq görülmüşdür. Məktəb kollektivi adından Rəfiqəni təbrik edirik.