ANIM GÜNÜ QEYD OLUDU

Elm və Təhsil Nazirliyinin Anım Günü ilə bağlı Tədbirlər Planına əsasən sentyabr 27-də məktəbin bütün siniflərində ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu. Dərslərdə doğma yurdumuz olan Qarabağ uğrunda, vətənimizin bütövlüyü uğrunda əziz canlarını fəda edən şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edildi, şəhid və qazilərimizin şərəfli döyüş yolu bir daha yada salındı. Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin apardığı hərtərəfli sülh və əmin-amanlıq siyasəti,zəfər tariximiz haqqında sinif müəllimləri şagirdlərə geniş məlumatlar verdilər. Şagirdlər şəhidlərimizə həsr edilmiş şerlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi