BEYNƏLXALQ SÜLH GÜNÜ QEYD OLUNDU

21 sentyabr-Beynəlxalq Sülh Günü ilə əlaqədar məktəbdə şagirdlərlə “Dəyirmi masa”, bir sıra tədbirlər,maarifləndirici söhbətlər aparıldı. Şagirdlərə sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, onların bədii-estetik səviyyələrini yüksəltmək məqsədilə keçirilən görüşdə şagirdlərin hazırladıqları təqdimatlar dinlənildi. Beynəlxalq Sülh Gününün yaranma tarixi barədə şagirdlərə ətraflı məlumatlar verildi. Bu gün qloballaşmış dünyada baş verən hadisələr, hərbi əməliyyat nəticəsində günahsız insanların zərər çəkməsi və digər məsələlər barədə şagirdləri məlumatlandırdılar.  Qeyd olundu ki, bu əlamətdar gün BMT Baş Assambleyasının 1981-ci il 30 noyabr tarixli qərarı ilə təsis edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi