İlk dərs günü

Sentyabrın 15-də məktəbdə yeni dərs ilinin başlanması münasibəti ilə rəsmi tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Taleh Quliyev qonaqları, müəllim və şagirdləri salamladı, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, şanlı Zəfər tarixi yazan Vətən oğullarının qəhrəmanlığından, Silahlı Qüvvələrimizin misilsiz rəşadətindən danışdı. Sentyabrın 15-də məktəbdə bütün siniflərdə ilk dərs saatları “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olundu.